XƏBƏRLƏR
Azərbaycan Universiteti bakalavriat pilləsinə tələbə qəbulu elan edir
Azərbaycan Universiteti 2017/2018-ci tədris ili üçün bakalavriat pilləsinə 14 ixtisas üzrə qəbul aparacaq. Qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəziləşdirilmiş qaydada aparılır.
Azərbaycan Universitetinin bakalavriat pilləsi üzrə bütün ixtisaslarına dövlət sifarişi ilə qəbul mümkündür. I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.
II və III ixtisas qrupları üzrə isə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.
Marketinq və Sosial iş ixtisasları üzrə ayrılmış yerlərin müsabiqəsində isə ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Daha ətraflı məlumat Abituriyent - 4 jurnalında yerləşdirilib. Abituriyent və valideynlər onları maraqlandıran suallarla Azərbaycan Universitetinin Abituriyent Məlumat Mərkəzinə müraciət edə bilərlər.
Azərbaycan bölməsi üzrə
I qrup
- Riyaziyyat
- Kompüter elmləri
- Kompüter mühəndisliyi
II qrup
- Dünya iqtisadiyyatı
- Mühasibat uçotu və audit
- Maliyyə
- İqtisadiyyat
- Menecment
- Marketinq
- Dövlət və bələdiyyə idarəetməsi
III qrup
- Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
- Tərcümə (İngilis dili)
- Tarix
- Sosial iş
Azərbaycan və rus bölməsi birgə (tədris ingilis dilində)
II qrup
- Dünya iqtisadiyyatı
- Mühasibat uçotu və audit
- Maliyyə
Rus bölməsi üzrə
- Kompüter mühəndisliyi
- Tərcümə (İngilis dili)
Qeyd1. Bütün ixtisaslar üzrə təhsilalma forması əyanidir.
Qeyd 2. II qrup ixtisaslarından Maliyyə və III qrup ixtisaslarından Tərcümə (İngilis dili) istisna olmaqla bütün ixtisasların təhsil haqqı 2500 manatdır. Maliyyə və Tərcümə (İngilis dili) ixtisaslarının illik ödənişi 3000 manatdır.
Qeyd 3. Tədrisi ingilis dilində olan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla təhsil müddəti 5 ildir.
Ətraflı məlumat üçün
Abituriyent Məlumat Mərkəzi
Mobil: (+99455) 220 40 58
E-poçt: qebul@au.edu.az
İctimaiyyətlə əlaqələr şöbəsi
25.07.2017