XƏBƏRLƏR

Azərbaycan Universiteti bakalavriat pilləsi üzrə boş qalan plan yerlərinə qəbul elan edir

Azərbaycan Universiteti bakalavriat pilləsi üzrə boş qalan plan yerlərinə qəbul elan edir

16 avqust 2018

Baxış sayı: 3625

 

Azərbaycan Universiteti 2018/2019-cu tədris ili üçün bakalavriat pilləsi üzrə boş qalan plan yerlərinə qəbul elan edir.

Qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və ümumi qaydalarla aparılır.

Bütün ixtisaslar üzrə təhsialma forması əyanidir. 

Boş qalan plan yerlərinə qəbul yalnız ödənişli əsaslarla aparılır. 

 

 

Qəbul aparılan ixtisasların siyahısı aşağıdadır.

  • 155114 Kompüter mühəndisliyi (Az.) – 17 yer - 2500 manat
  • 155163 İqtisadiyyat (Az.) - 23 yer - 2000 manat
  • 155188 Menecment (Az.) – 16 yer - 2000 manat
  • 155139 Mühasibat uçotu və audit (İng.) – 20 yer - 2500 manat
  • 155155 Maliyyə (İng.) – 18 yer - 2500 manat
  • 155171 İqtisadiyyat (İng.) – 19 yer -  2500 manat
  • 155196 Menecment (İng.) – 20 yer - 2500 manat
  • 155228 Marketinq (İng.) – 2 yer - 2500 manat
  • 155244 Biznesin idarə edilməsi (İng.) – 1 yer - 2500 manat

 

  • Tədrisi ingilis dilində aparılan ixtisaslara müsabiqə rus bölməsi ilə birgə aparılır.
  • Tədrisi ingilis dilində aparılan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün əlavə 1 (bir) tədris ili ayrılmaqla tədris müddəti 5 ildir.
  • Ödənişli əsaslarla qəbul olan tələbələr üçün Universitetin öz büdcəsindən maliyyələşən daxili təqaüd proqramı tətbiq olunur. Semestr ərzində minimum 30 kreditlik fənn götürmüş, orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A olan tələbələr üçün aylıq 100 manat məbləğində təqaüd təyin olunur.
  • Azərbaycan Universiteti tərəfindən təsis olunmuş “Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd" birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Təqaüdün ümumi məbləği 500 manat təşkil edir.
  • 2018/2019-cu tədris ilindən etibarən Azərbaycan Universitetinə ödənişli əsaslarla qəbul olmuş 600 və yuxarı bal toplamış tələbələr birinci tədris ili üçün təhsil haqqı ödənişindən tam azaddırlar. İkinci tədris ilindən etibarən cari semestr üzrə orta müvəffəqiyyət göstəricisi 85-94,9 qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən 50%, orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən tam azad olunurlar.
  • Tələbələrə Erasmus+, Mövlanə və DAAD proqramları vasitəsilə xaricdə təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Avropa və Türkiyənin tərəfdaş universitetlərində bir yaxud iki semestr ərzində əldə olunan kreditlər Azərbaycan Universitetinə transfer olunur.
  • Ödənişli əsaslarla təhsil alan, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları təhsil ödənişindən azaddırlar.

Daha ətraflı məlumat üçün Abituriyent Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: 055 220 40 58
Sayt: www.au.edu.az
E-poçt: qebul@au.edu.az
Rəsmi facebook səhifəsi: www.facebookcom/AzerbaycanUnv

İctimaiyyətlə əlaqələr şöbəsi
16.08.2018

DİGƏR XƏBƏRLƏR