XƏBƏRLƏR
Azərbaycan Universiteti bakalavriat pilləsinə 16 ixtisas üzrə qəbul aparacaq
Abituriyentlərin nəzərinə!
Azərbaycan Universiteti 2019/2020-ci tədris ili üçün bakalavriat pilləsinə tələbə qəbulu elan edir. Qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və ümumi qaydalarla aparılır. Bütün ixtisaslara DÖVLƏT SİFARİŞİ ilə (pulsuz) qəbul mümkündür.
Qəbul aparılan ixtisaslar
I qrup
- Kompüter mühəndisliyi
- İstehlak mallarının ekspertizası və marketinqi
II qrup
- Mühasibat uçotu və audit (Az., İng. )
- Maliyyə (Az., İng. )
- İqtisadiyyat (Az., İng. )
- Menecment (Az., İng. )
- Marketinq (Az., İng. )
- Biznesin idarə edilməsi (Az., İng. )
- Kommersiya
- Turizm və otelçilik
- Regionşünaslıq (Avropa ölkələri üzrə)
III qrup
- Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
- Filologiya (İngilis dili və ədəbiyyatı)
- Tərcümə (İngilis dili)
- Tarix
- Sosial iş
Abituriyentlərin nəzərinə çatdırırıq ki,
- Bütün ixtisaslar üzrə təhsilalma forması əyanidir.
- Tədrisi ingilis dilində olan ixtisaslara müsabiqə rus bölməsi ilə birgə aparılır.
- Tədrisi ingilis dilində olan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün əlavə 1 (bir) tədris ili ayrılmaqla tədris müddəti 5 ildir.
- Tədrisi ingilis dilində aparılan ixtisaslara qəbul olan və ingilis dili biliyini beynəlxalq səviyyəli IELTS (6.0 və yuxarı), TOEFL (75 və yuxarı), PTE (50 və yuxarı) kimi dil sertifikatları ilə təsdiq edən yaxud daxili yerləşdirmə testindən uğurla keçən (Placement Test) tələbələr birbaşa I kursa başlayırlar.
- Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin hesabına təqaüd ala bilirlər.
- Azərbaycan Universiteti tərəfindən təsis olunan "Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd" birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Təqaüdün ümumi məbləği 500 manat təşkil edir.
- 2019/2020-ci tədris ilindən başlayaraq tətbiq olunacaq Universitet Daxili İki Diplom Proqramına (UDİD) əsasən tələbələr 4 ildə 2 diplom ala biləcəklər. Proqrama I kursu bitirmiş, qəbul olduğu ixtisas üzrə nəzərdə tutulan kreditləri qazanan, bu ixtisas üzrə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi 85-100 bal arasında olan tələbələr müraciət edə bilərlər.
- 600 və yuxarı bal toplayaraq ödənişli əsaslarla qəbul olan tələbələr birinci tədris ili üçün təhsil haqqı ödənişindən tam azaddırlar. İkinci tədris ilindən etibarən cari semestr üzrə orta müvəffəqiyyət göstəricisi 85-94,9 qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən 50%, orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən tam azad olunurlar.
- 500-599 arası bal toplayaraq ödənişli əsaslarla qəbul olan tələbələrə xüsusi güzəşt tətbiq olunur. Güzəştin növbəti tədris illərində də tətbiqi tələbənin müvəffəqiyyət göstəricilərindən asılıdır.
- Tələbələrə “Erasmus+”, “Mövlanə” və DAAD (Alman Akademik Mübadilə Xidməti) proqramları vasitəsilə xaricdə tam təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Avropa və Türkiyənin tərəfdaş universitetlərində bir yaxud iki semestr ərzində əldə olunan kreditlər Azərbaycan Universitetinə transfer olunur.
- Tələbələrə 4 il ərzində ixtisas diplomu ilə yanaşı kompüter biliyinin beynəlxalq səviyyədə təsdiq edən ECDL (European Computer Driving Licence) və ingilis dili biliyinin beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) sertifikatları verilir.
- İstehlak mallarının ekspertizası və marketinqi, Marketinq, Biznesin idarə edilməsi, Kommersiya, Turizm və otelçilik, Regionşünaslıq (Avropa ölkələri üzrə) və Sosial iş ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır.
- Hər ixtisas üzrə ən yüksək bal toplayaraq qəbul olan tələbələr birinci tədris ili üçün ictimai nəqliyyatda gediş haqqı ilə təmin edilirlər.
- 2019/2020-ci tədris ilində qəbul olan bütün tələbələr təhsil müddəti ərzində “AtaSığorta” tərəfindən sığortalanırlar.
- Abituriyentlər ixtisas seçimi günlərində texniki dəstək və məsləhət xidməti almaq üçün Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 71 ünvanında fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər. Mərkəz Dövlət İmtahan Mərkəzi ilə əldə edilmiş razılığa əsasən yaradılıb və həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək ödənişsiz əsaslarla fəaliyyət göstərir.
- Azərbaycan Universiteti haqqında daha ətraflı məlumat almaq, maddi-texniki baza, auditoriya və laboratoriyalar ilə tanış olmaq istəyən abituriyent və valideynlər ən az bir gün əvvəldən qeydiyyatdan keçməklə “Açıq qapı” günlərində iştirak edə bilər, suallarını universitetin əməkdaşlarına, professor-müəllim heyətinə ünvanlaya bilərlər.
Daha ətraflı məlumat üçün
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12/13/16/17 (133), 055 220 40 58
Sayt: www.au.edu.az
E-poçt: qebul@au.edu.az
Rəsmi Facebook səhifəsi: www.facebookcom/AzerbaycanUnv
İctimaiyyətlə əlaqələr şöbəsi
03.07.2019
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetində 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
25 iyun 2024
Sosial işin təşkili kafedrasında təhsil proqramları müzakirə olunub
21 iyun 2024
Azərbaycan Universitetinin 2024/2025-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul planı təsdiqlənib
14 iyun 2024
ADU-nun 75 illik yubiley kitabına rektor Səadət Əliyeva haqqında məlumat daxil edilib
13 iyun 2024
Azərbaycan Universitetinin magistratura qəbul planına yeni ixtisaslaşmalar əlavə olunub
12 iyun 2024
Azərbaycan və Fırat universitetlərinin rektorları arasında görüş olub
12 iyun 2024