XƏBƏRLƏR

Azərbaycan Universiteti beynəlxalq təhsil sərgisində ikili diplom proqramını tanıdıb

Azərbaycan Universiteti beynəlxalq təhsil sərgisində ikili diplom proqramını tanıdıb

12 oktyabr 2019

Baxış sayı: 3082

Azərbaycan Universiteti Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi “EduExpo”da tətbiqinə yeni başlanan ikili diplom proqramını tanıdıb.  Qeyd olunub ki, beynəlxalq ikili diplom proqramı Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə birgə həyata keçirilir. Proqram bakalavriat və magistratura pillələri üzrə kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarını əhatə edir. İkili diplom proqramında iştirak etmək istəyən tələbələrin seçimi müsabiqə yolu ilə aparılacaq. Təhsillərini uğurla başa vuran tələbələrə müvafiq ixtisas üzrə bakalavr və ya magistr dərəcəsi və ali təhsil müəssisələrinin diplomları təqdim olunacaq. Daha ətraflı məlumat Azərbaycan Universitetinin saytında yerləşdirilib.

Stendin yerli və xarici ziyarətçilərinə Azərbaycan Universiteti haqqında ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Sərgi müddətində universitetin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələri stenddə qurulmuş “MiniLab”da  laboratoriya işləri yerinə yetirib və tədbirin yekununda onları nümayiş etdiriblər.

İctimaiyyətlə əlaqələr şöbəsi
12.10.2019


DİGƏR XƏBƏRLƏR