XƏBƏRLƏR

Azərbaycan Universiteti 12-ci Beynəlxalq Təhsil Sərgisində iştirak edir

Azərbaycan Universiteti 12-ci Beynəlxalq Təhsil Sərgisində iştirak edir

11 oktyabr 2018

Baxış sayı: 3822

Bu gün Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi işə başlayır. Sərgidə öz stendi ilə çıxış edən Azərbaycan Universiteti sərgi ziyarətçilərinə təhsil ödənişində güzəşt nəzərdə tutan 5 ədəd vauçer təqdim edir. 

Vauçer sahibləri Universitet stendinin ziyarətçiləri arasından çəkilişlə müəyyənləşdiriləcəkdir. 

Hər vauçer birinci tədris ilinin təhsil ödənişində 10% güzəşt nəzərdə tutur. 

Vauçerlər yalnız 2019/2020-ci tədris ilində istifadə oluna biləcək.

Vauçerdən qalibin özü yaxud birinci dərəcədən yaxınları (oğul, qız, bacı, qardaş) istifadə edə bilər. 

Daha ətraflı məlumat üçün E1122 nömrəli stendimizə yaxınlaşa bilərsiniz. 

12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin bütün iştirakçılarına uğurlar arzulayırıq!

İctimaiyyətlə əlaqələr şöbəsi
11.10.2018

DİGƏR XƏBƏRLƏR