XƏBƏRLƏR

Azərbaycan Universiteti beynəlxalq təhsil sərgisində təmsil olunacaq

Azərbaycan Universiteti beynəlxalq təhsil sərgisində təmsil olunacaq

25 sentyabr 2018

Baxış sayı: 4038

Azərbaycan Universiteti Təhsil Nazirliyinin dəstəyi ilə 11-13 oktyabr tarixlərində təşkil ediləcək “12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi”ndə təmsil olunacaq.

Azərbaycan Universitetinin nümayəndələri 1122 nömrəli stenddə ziyarətçilərə universitetin bakalavriat, magistratura və doktorantura pillələrində tədris olunan ixtisaslar, ikinci ali təhsil, Universitetin beynəlxalq əlaqələri, tətbiq etdiyi daxili təqaüd proqramları qoşulduğu mübadilə proqramları, tələbələr üçün yaradılan karyera imkanları haqqında məlumat veriləcək. Ziyarətçilər həmçinin ali məktəblərə qəbul prosesi ilə bağlı bütün suallarına cavab tapa biləcəklər.

Ölkənin aparıcı ali təhsil müəssisələrinin təmsil olunacağı sərgi Bakı Ekspo Mərkəzində keçiriləcək. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Təhsil sərgisi ilə paralel 12-ci Azərbaycan Beynəlxalq Karyera “Career 2018” sərgisi də start götürəcək.

Təhsil sərgisinə giriş 9-11-ci sinif şagird, abituriyent, tələbə, valideynlər və təhsil sahəsinin digər peşəkarlarına açıq olacaq. Bütün abituriyent və valideynləri 1122 nömrəli stendi ziyarət etməyə dəvət edirik.

İctimaiyyətlə əlaqələr şöbəsi
25.09.2018

DİGƏR XƏBƏRLƏR