XƏBƏRLƏR

Azərbaycan Universiteti “Bona Dea Hospital” ilə əməkdaşlığa başlayıb

Azərbaycan Universiteti “Bona Dea Hospital” ilə əməkdaşlığa başlayıb

04 oktyabr 2022

Baxış sayı: 8635

Azərbaycan Universiteti Bakının Nizami rayonunda yerləşən, tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən “Bona Dea Hospital” ilə əməkdaşlığa başlayıb. Tərəflər arasında imzalanan müqaviləyə əsasən Azərbaycan Universitetinin əməkdaşlarına qiymət cədvəlində göstərilən xidmətlər üzrə 25 faiz, tələbələrinə isə 15 faiz endirim tətbiq olunur. 

5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə isə xüsusi aksiya keçirilir. Belə ki, Bona Dea Hospital tərəfindən Azərbaycan Universitetinin müəllimlərinə bütün check-up paketləri üzrə 50 faiz endirim tətbiq olunacaq. 

Qeyd edək ki, hospitalda ürək-damar cərrahiyyəsi, invaziv-kardiologiya, mama-ginekologiya, neonatologiya, pediatriya, təcili tibbi yardım, reanimasiya, süni mayalanma, ümumi cərrahiyyə, ortopediya-travmatologiya, neyrocərrahiyyə, qulaq, burun və boğaz xəstəlikləri, göz xəstəlikləri, urologiya, anesteziologiya, daxili xəstəliklər, qastroenterologiya, nevrologiya, şüa diaqnostikası, tibbi laboratoriyalar, onkologiya, stomatologiya, qan bankı, fizioterapiya-reabilitasiya, mərkəzi sterilizasiya kimi bütün əsas tibbi xidmət sahələri, həmçinin təcili  tibbi yardım şöbəsi fəaliyyət göstərir. Müəssisənin kliniki laboratoriya şöbəsi bütün xəstələri həftənin və sutkanın istənilən vaxtı hərtərəfli müayinələr və qan bankı xidmətləri ilə təmin edir. Burada müxtəlif laborator müayinələr aparmaq üçün dünyanın aparıcı şirkətlərinin istehsalı olan və ən müasir standartlara cavab verən avadanlıq quraşdırılıb.

Xəstəxananın əsas məqsədi Avropa səhiyyə xidmətlərinin ən yüksək standartlarını tətbiq etmək, hədəfi isə qlobal səhiyyə xidmətində qızıl standart hesab olunan JCI (Beynəlxalq Birgə Komissiyası) akkreditasiyasını əldə etməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR