XƏBƏRLƏR

Azərbaycan Universiteti beynəlxalq təhsil zirvəsində təmsil olunur

Azərbaycan Universiteti beynəlxalq təhsil zirvəsində təmsil olunur

14 noyabr 2017

Baxış sayı: 4300

Azərbaycan Universiteti rektorunun müşaviri, tarix üzrə fəlsəfə doktoru Nüşabə Quliyeva və Xarici dillər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədova Qətərin paytaxti Dohada bu gün başlayan təhsilə dair  “Dünya İnnovasiya Sammiti  - 2017” (WISE) tədbirində iştirak edir.

2009-ci ildən bəri təhsilin gələcəyi naminə ən yüksək səviyyəli beynəlxalq toplantıya çevrilən və bu ilki mövzusu "Birgə mövcud olmaq, birgə yaratmaq: Birlikdə çalışmaq və yaşamağı öyrənmək” olaraq müəyyənləşdirilən tədbir artıq səkkizinci dəfədir ki, keçirilir.

Zirvədə təhsil sahəsinin gələcəyinə dair fikir mübadiləsi aparmaq məqsədi ilə dünyanın 100 ölkəsindən 2000-dən çox nümayəndə iştirak edir. Təhsil, texnologiya, siyasət, sosial sahibkarlıq, biznes, media və s. kimi sahələrdə dünyanın ən yaradıcı lider və sahibkarlarını biraraya gətirən “WISE – 2017”də aşağıdakı mövzulara müraciət ediləcəkdir:

  • Sosial dəyişikliklərin təşviq edilməsində təhsilin rolu nədir? Tənəzzül və qeyri-müəyyənlik dövründə öyrənmə üsulunu yenidən necə nəzərdən keçirməli və qurmalıyıq?
  • Yalnız öyrənmədə deyil, ümumiyyətlə rifahın nəticələrini yaxşılaşdırmaq üçün elm və texnologiyanın gücündən necə istifadə edirik?
  • Gündən-günə artan düşmənçilik mühitində beynəlxalq əməkdaşlıq mühitini əsas götürərək qlobal vətəndaşlığı necə dəstəkləyə bilərik?

İctimaiyyətlə əlaqələr şöbəsi
14.11.2017

DİGƏR XƏBƏRLƏR