XƏBƏRLƏR
Azərbaycan Universiteti “Baş müəllim” və “Dosent” vəzifələrini tutmaq üçün müsabiqə elan edir
Azərbaycan Universiteti aşağıdakı göstərilmiş “Baş müəllim” və “Dosent” vəzifələrini tutmaq üçün MÜSABİQƏ ELAN EDİR:
- Biznes və iqtisadiyyat fakültəsi üzrə: Dosent - 2 yer, Baş müəllim - 2 yer
- İnformasiya – kommunikasiya texnologiyaları fakültəsi üzrə: Baş müəllim - 1 yer
- Sosial iş fakültəsi üzrə: Baş müəllim - 1 yer
- İctimai elmlər kafedrası üzrə: Baş müəllim - 4 yer
- Xarici dillər kafedrası üzrə: Baş müəllim - 1 yer
- Azərbaycan dili və ədəbiyyat kafedrası üzrə: Dosent - 1 yer, Baş müəllim - 2 yer
Müsabiqədə iştirak etmək üçün namizədlər 20.06.2017 tarixdən 20.07.2017 tarixədək Azərbaycan Universitetinin İnsan resursları departamentinə müvafiq ərizə ilə birlikdə aşağıda qeyd olunmuş sənədləri şəxsən təqdim etməlidirlər:
- Kadrların şəxsi qeydiyyat vərəqəsi;
- Tərcümeyi hal;
- Ali təhsil, elmi ad və dərəcə haqqında sənədlərin surəti;
- Dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı.
Əgər müsabiqədə iştirak etmək istəyən şəxs Azərbaycan Universitetinin əməkdaşıdırsa (professor-müəllim heyəti) bu zaman İnsan resursları departamentinə müvafiq ərizəni (elmi əsərlərin, kəşf və ixtiraların siyahısı ilə birlikdə) təqdim etmək kifayətdir.
Ünvan: AZ1007
Azərbaycan Respublikası, Bakı şəhəri
Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 71
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
18 sentyabr 2026
Azərbaycan Universitetinin dosenti ABŞ-də akademik səfərdə olub
16 sentyabr 2026
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 sentyabr 2026
Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib
09 sentyabr 2026
Tərcümə və filologiya kafedrasının baş müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib
07 sentyabr 2026
“Ulduz tələbə”lərin seçilməsi üçün müraciətlər başlayır
27 avqust 2026
