XƏBƏRLƏR

Azərbaycan Universiteti Dubrovnik Universiteti ilə əlaqələri genişləndirir

Azərbaycan Universiteti Dubrovnik Universiteti ilə əlaqələri genişləndirir

19 iyun 2019

Baxış sayı: 3350

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov Xorvatiyanın tərəfdaş Dubrovnik Universitetində işgüzar səfərdə olub.

Burada universitetin prorektoru Nebojsa Stojcic, beynəlxalq əlaqələr şöbəsinin müdiri Nikolina Potrebica və biznes və iqtisadiyyat kafedrasının müdiri Katija Vojvodic ilə görüşdə Azərbaycan və Dubrovnik universitetləri arasında əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub, fəlsəfə doktoru proqramı üzrə birgə doktorant  hazırlığı, Erasmus+ proqramı çərçivəsində ikili diplom proqramının həyata keçirilməsi, elmi fəaliyyət sahəsində əməkdaşlığını şaxələndirilməsi və inkişaf etdirilməsi və başqa bu kimi sahələrdə fikir mübadiləsi aparılıb.

Bəxtiyar Bədəlov Erasmus+ mübadilə proqramı çərçivəsində yaz semestirini Dubrovnik Universitetində oxuyan tələbələrimiz Toğrul Quliyev (Menecment, IV kurs) və Ayaz Mirzəyev (Maliyyə, III kurs) ilə də görüşüb.

İctimaiyyətlə əlaqələr şöbəsi
19.06.2019


DİGƏR XƏBƏRLƏR