XƏBƏRLƏR

Azərbaycan Universiteti informatika olimpiadasında 4 komanda ilə təmsil olunub

Azərbaycan Universiteti informatika olimpiadasında 4 komanda ilə təmsil olunub

18 aprel 2016

Baxış sayı: 5077

Azərbaycan Universiteti tələbələr arasında İnformatika üzrə 11-ci ümumrespublika olimpiadasıın yarımfinal mərhələsində 4 komanda ilə təmsil olunub. AU_2 komandası (Məmməd Kərimli, Elvin Usubov və Tural Əliyev) finala vəsiqə qazanıb. Olimpiadanın final turu 30 aprel tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda olacaq. Finala vəsiqə qazanan AU_2 komandası 22-25 aprel 2016-cı il tarixində Gürcüstanın Zuqdidi şəhərində keçirəcək proqramlaşdırma üzrə Beynəlxalq "VEKUA CUP -2016" turnirində də Azərbaycan Universitetini təmsil edəcək.
Bu il müsabiqədə 22 universitetdən 55 komanda iştirak edib. 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
18.04.2016

DİGƏR XƏBƏRLƏR