XƏBƏRLƏR

Azərbaycan Universiteti Filologiya (İngilis dilı və ədəbiyyatı) ixtisası üzrə kadr hazırlığına başlayır

Azərbaycan Universiteti Filologiya (İngilis dilı və ədəbiyyatı) ixtisası üzrə kadr hazırlığına başlayır

07 iyul 2019

Baxış sayı: 4630

Azərbaycan Universiteti 2019/2020-ci tədris ilindən başlayaraq  Filologiya (İngilis dili və ədəbiyyatı) ixtisası üzrə kadr hazırlığına başlayır. Abiturieyntlər iyulun 24-dən avqustun 6-dək davam edəcək ixtisas seçimi günlərində Azərbaycan Universitetinin başlayaraq  Filologiya (İngilis dili və ədəbiyyatı) ixtisasını həm Dövlət Sifarişi ilə, həm də ödənişli əsaslarla yaza biləcəklər.

Filologiyanın məqsədi tarixi abidələrdə, əlifbalarda, şifahi və yazılı ünsiyyətdə, ədəbiyyatda və digər müxtəlif mənbələrdə istifadə edilən dilləri öyrənmək, dünyada mövcud olan dilləri, bu dillər arasında qohumluq bağlarını araşdırmaq, onların ədəbiyyat və mədəbiyyətlə əlaqələrini tədqiq etməkdir.

Filologiya ixtisası üzrə məhz dilçilik və ya ədəbiyyatşünaslığın nəzəri və praktik sahələri üzrə yüksək ixtisaslı filoloq – tədqiqatçılar hazırlanır.

Bu ixtisas üzrə təhsil alan tələbələr ingilis dili və ədəbiyyatını öyrənməklə yanaşı ingilisdilli ölkələrin mədəniyyəti haqqında da ətraflı məlumat əldə edir, bu sahədə nəzəri və praktik biliklərə malik olurlar.

İxtisasın karyera perspektivləri haqqında ətraflı məlumat almaq istəyən abituriyent və valideynlər Azərbaycan Universitetinin Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər. Mərkəz Dövlət İmtahan Mərkəzi ilə əlaqə edilmiş razılığa əsasən yaradılıb və həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək ödənişsiz əsaslarla fəaliyyət göstərir.

Azərbaycan Universiteti haqqında daha ətraflı məlumat almaq, maddi-texniki baza, auditoriya və laboratoriyalar ilə tanış olmaq istəyən abituriyent və valideynlər ən gec bir gün əvvəldən qeydiyyatdan keçməklə “Açıq qapı” günlərində iştirak edə bilər, suallarını universitetin əməkdaşlarına, professor-müəllim heyətinə ünvanlaya bilərlər.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+994) 55 220 40 58

İctimaiyyətlə əlaqələr şöbəsi
07.07.2019

DİGƏR XƏBƏRLƏR