XƏBƏRLƏR
Azərbaycan Universiteti magistratura pilləsinə qəbul elan edir
Azərbaycan Universiteti 2017/2018-ci tədris ili üçün
Magistratura pilləsinə aşağıdakı ixtisaslaşmalar üzrə tələbə qəbulu elan edir:
QƏBUL DÖVLƏT İMTAHAN MƏRKƏZİ TƏRƏFİNDƏN APARILIR
14, 38, 40, 42, 46 nömrəli proqramlar üzrə
(Dövlət sifarişi ilə qəbul aparılan ixtisaslaşmalar)
263117 Kompüter elmləri - İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı – 5 yer
263125 Filologiya - Azərbaycan ədəbiyyatı – 5 yer
263133 Filologiya - Azərbaycan dili – 5 yer
263141 Filologiya - Ədəbiyyatşünaslıq
(Xarici ölkə xalqlarının ədəbiyyatı, Amerika ədəbiyyatı) – 10 yer
263158 Filologiya - Dilşünaslıq (İngilis dili) - 5 yer
263166 Sosial iş - Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş -5 yer
263174 Tarix - Azərbaycanın yeni və ən yeni tarixi – 5 yer
Qeyd 1. Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.
Qeyd 2. Müsabiqə Azərbaycan bölməsi üzrə aparılır.
Qeyd 3. Plan yerləri müvafiq ixtisaslaşma üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul ediləcək bakalavrların ümumi sayını göstərir.
Qeyd 4. Bütün ixtisaslaşmalar üzrə illik təhsil haqqı 2000 manatdır.
MBA Proqramı (56 nömrəli proqram) üzrə
(Azərbaycan bölməsi)
263182 Biznesin idarə edilməsi - Biznesin təşkili və idarə edilməsi (Maliyyə sahəsi üzrə) – 10 yer
263199 Biznesin idarə edilməsi - Biznesin təşkili və idarə edilməsi (Menecment sahəsi üzrə) – 10 yer
263214 Biznesin idarə edilməsi - Biznesin təşkili və idarə edilməsi (İstehsal sferasında mühasibat uçotu və audit sahəsi üzrə) – 20 yer
263222 Biznesin idarə edilməsi - Biznesin təşkili və idarə edilməsi (Xidmət sferasında mühasibat uçotu və audit sahəsi üzrə) – 15 yer
263239 Biznesin idarə edilməsi - Biznesin təşkili və idarə edilməsi (Vergi sahəsi üzrə) – 15 yer
Azərbaycan və rus bölməsi birgə
(Tədris ingilis dilində)
263247 Mühasibat uçotu və audit - İstehsal sferasında sferasında mühasibat uçotu və audit– 20 yer
263255 Mühasibat uçotu və audit - Xidmət sferasında mühasibat uçotu və audit - 15 yer
263263 Biznesin idarə edilməsi - Biznesin təşkili və idarə edilməsi (Maliyyə sahəsi üzrə) – 40 yer
263271 Biznesin idarə edilməsi - Biznesin təşkili və idarə edilməsi (Menecment sahəsi üzrə) – 20 yer
263288 Biznesin idarə edilməsi - Biznesin təşkili və idarə edilməsi (Marketinq sahəsi üzrə) - 10 yer
263296 Biznesin idarə edilməsi - Biznesin təşkili və idarə edilməsi (İnsan resurslarının idarə edilməsi sahəsi üzrə) – 10 yer
Qeyd 1. Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.
Qeyd 2. MBA Proqramı (Proqram No: 56) üzrə bütün ixtisaslaşmalara tələbə qəbulu yalnız ödənişli əsaslarla aparılır.
Qeyd 3. Bütün ixtisaslaşmalar üzrə illik təhsil haqqı 2500 manatdır.
MAGİSTRANTLAR ÜÇÜN DAXİLİ TƏQAÜD PROQRAMI
Yüksək göstəricilərlə oxuyan magistrantlara universitetin öz büdcəsindən maliyyələşən təqaüd proqramı çərçivəsində aylıq 75 azn və 100 azn məbləğində daxili təqaüd təyin olunur. Təqaüdlərin miqdarı universitetin təyin etdiyi müvəffəqiyyət göstəricilərinə əsasən tənzimlənir və hər semestrin sonunda yenidən dəyərləndirilir.
Magistratura səviyyəsi üzrə təqaüdlərin şərtləri aşağıdakı kimidir:
Orta müvəffəqiyyət göstəricisi 87 və yuxarı, qiymətləri A/B olan tələbələr üçün - 75 manat
Orta müvəffəqiyyət göstəricisi 90-dan yuxarı və qiymətləri A olan tələbələr üçün - 100 manat
XARİCDƏ TƏQAÜDLÜ TƏHSİL VƏ AKADEMİK TƏCRÜBƏ İMKANLARI
Magistrantlara xarici ölkələrdə tam təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Türkiyə və Avropanın tərəfdaş universitetlərində 1 yaxud 2 semestr ərzində əldə olunan kreditlər Azərbaycan Universiteti tərəfindən tanınır.
Daha ətraflı məlumat üçün
Tel: (+99412) 431 41 12 (133)
Mobil: (+99455) 220 40 58
E-poçt: qebul@au.edu.az