XƏBƏRLƏR

Azərbaycan Universiteti magistratura səviyyəsinə 20 ixtisaslaşma üzrə qəbul aparacaq

Azərbaycan Universiteti magistratura səviyyəsinə 20 ixtisaslaşma üzrə qəbul aparacaq

13 iyun 2022

Baxış sayı: 2922

Azərbaycan Universiteti 2022/2023-cü tədris ili üzrə magistratura səviyyəsinə aşağıdakı ixtisaslaşmalar üzrə qəbul elan edir. Qəbul, Dövlət İmtahan Mərkəzi tərəfindən vahid qaydada aparılır. Qəbul imtahanında əldə etdikləri nəticələrə uyğun olaraq müsabiqədə iştirak hüququ qazanan bakalavrlar Azərbaycan Universitetinin ixtisaslaşmalarını seçə bilərlər. MBA proqramı xaricində bütün ixtisaslaşmalara Dövlət Sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) qəbul mümkündür.

Azərbaycan Universiteti
2022/2023-cü tədris ili üçün magistratura səviyyəsi üzrə qəbul planı

  • Filologiya
    Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı) – 3 yer
    Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı) – 3 yer
    Azərbaycan dili – 3 yer
    Azərbaycan ədəbiyyatı – 3 yer
    Dilşünaslıq (ingilis dili) – 3 yer
  • Tərcümə
    Tərcümə (ingilis dili) – 3 yer
  • Tarix
    Azərbaycanın qədim və orta əsrlər tarixi – 5 yer
    Azərbaycanın yeni və ən yeni tarixi – 5 yer
  • Maliyyə
    Bank işi – 8 yer
    Vergi və vergiqoyma – 8 yer
  • İqtisadiyyat
    İqtisadiyyatın hüquqi tənzimlənməsi – 8 yer
    Turizmin iqtisadiyyatı – 8 yer
  • Kompüter mühəndisliyi
    Kompüter mühəndisliyi – 10 yer
  • İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
    Kibertəhlükəsizlik – 10 yer
  • Sosial iş
    Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş – 15 yer
    Gənclərlə iş – 15 yer
  • MBA proqramı
    Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə) – Azərbaycan bölməsi 5 yer, ingilis bölməsi 5 yer
    Biznesin təşkili və idarə edilməsi (vergi üzrə) – Azərbaycan bölməsi 5 yer, ingilis bölməsi 5 yer
    Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə) – Azərbaycan bölməsi 5 yer, ingilis bölməsi 5 yer
    Biznesin təşkili və idarə edilməsi (menecment uçotu üzrə) – Azərbaycan bölməsi 5 yer, ingilis bölməsi 5 yer

Bakalavrların nəzərinə çatdırırıq ki,

  • Azərbaycan Universitetinin magistratura pilləsinə qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və ümumi qaydalarla aparılır.
  • Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.
  • MBA istisna olmaqla bütün ixtisaslaşmalara dövlət sifarişi əsasında (ödənişsiz) qəbul mümkündür.
  • Ödənişli əsaslarla təhsil alanlar üçün Tərcümə (ingilis dili) ixtisaslaşması üzrə təhsil haqqı 1500 manat, Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş və  Gənclərlə iş ixtisaslaşmaları üzrə 2200 manat, digər bütün ixtisaslaşamalar üzrə isə 2000 manatdır.
  • Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd alırlar. Təqaüdlərin məbləği 96, 144, 174 manat olmaqla tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.
  • Azərbaycan Universiteti “Erasmus+”, “Mevlana”, DAAD kimi beynəlxalq mübadilə proqramlarının üzvüdür.  “Erasmus+” proqramı tələbələrə Türkiyə və Avropanın qabaqcıl universitetlərində, DAAD proqramı Almaniya universitetlərində qısa müddətli təhsil imkanı qazandırır. “Mevlana” proqramı isə Türkiyə universitetləri ilə akademik mübadiləyə şərait yaradır.
  • Azərbaycan Universitetinin bakalavriat pilləsindən bu il məzun olanlara təhsil müddəti ərzində təhsil haqqına 10 faiz güzəşt tətbiq olunacaq.

Keçid balları 

  • 263125 Kompüter mühəndisliyi 57 (-)
  • 263133 Bank işi 49 (-)
  • 263141 Vergi və vergiqoyma 50 (-)
  • 263158 İqtisadiyyatın hüquqi tənzimlənməsi 49 (-)
  • 263166 Turizmin iqtisadiyyatı 48 (-)
  • 263174 Azərbaycan ədəbiyyatı 50 (-)
  • 263182 Azərbaycan dili 50 (-)
  • 263199 Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı) 50 (-)
  • 263214 Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı) 50 (-)
  • 263222 Dilşünaslıq (ingilis dili) 50 (-)
  • 263239 Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş 67 (67)
  • 263247 Gənclərlə iş 56 (67)
  • 263255 Tərcümə (ingilis dili) 50 (-)
  • 263263 Azərbaycanın qədim və orta əsrlər tarixi 52 (-)
  • 263271 Azərbaycanın yeni və ən yeni tarixi 55 (-)
  • 263288 MBA - Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə) 54 (-)
  • 263311 MBA - Biznesin təşkili və idarə edilməsi (vergi üzrə) 52 (-)
  • 263328 MBA - Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu  üzrə) 53 (-)
  • 263336 MBA - Biznesin təşkili və idarə edilməsi (menecment  üzrə) 52 (-)
  • 263344 MBA - Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə, ingilis dilində) 48 (-)
  • 263369 MBA - Biznesin təşkili və idarə edilməsi (vergi üzrə, ingilis dilində) 49 (-)
  • 263377 MBA - Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə, ingilis dilində) 49 (-)
  • 263385 MBA - Biznesin təşkili və idarə edilməsi (menecment üzrə, ingilis dilində) 50 (-)

İmtiyazlı statusda olan tələbələr

  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladlarının təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına,  geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.
  • Hər iki valideynini itirmiş; valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələrin təhsi haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
  • I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Daha ətraflı məlumat üçün bizə yaza bilər, yaxud əlaqə saxlaya bilərsiniz.

  • E-poçt: qebul@au.edu.az
  • Tel.: (+99412) 431 41 12/13/16 (133)

İctimaiyyətlə əlaqələr şöbəsi
13.06.2022

DİGƏR XƏBƏRLƏR