XƏBƏRLƏR

Azərbaycan Universiteti magistratura pilləsinə qəbul elan edir

Azərbaycan Universiteti magistratura pilləsinə qəbul elan edir

26 may 2019

Baxış sayı: 3652

Magistratura pilləsinə qəbul olmaq istəyən bakalavrların nəzərinə!

Azərbaycan Universiteti 2019/2020-ci tədris ili üçün magistratura pilləsinə qəbul elan edir.

Qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və ümumi qaydalarla aparılır.

MBA xaricində bütün ixtisaslaşmalara DÖVLƏT SİFARİŞİ ilə (pulsuz) qəbul mümkündür.

Qəbul aparılan ixtisaslaşmaların siyahısı aşağıdadır.

 

060201 Filologiya

  • Ədəbiyyatşünaslıq (Xarici ölkə xalqlarının ədəbiyyatı, Amerika ədəbiyyatı) - 4 yer
  • Azərbaycan dili - 4 yer
  • Azərbaycan ədəbiyyatı - 4 yer
  • Dilşünaslıq (ingilis dili) - 3 yer

060203 Tərcümə

  • Tərcümə (ingilis dili) - 5 yer

060206 Tarix

  • Azərbaycanın yeni və ən yeni tarixi - 5 yer

060403 Maliyyə

  • Bank işi - 5 yer
  • Vergi və vergiqoyma - 5 yer

06404 İqtisadiyyat

  • İqtisadiyyatın hüquqi tənzimlənməsi - 5 yer
  • Turizmin iqtisadiyyatı - 5 yer

06631 Kompüter mühəndisliyi

  • Kompüter mühəndisliyi - 5 yer

06805 Sosial iş

  • Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş - 6 yer
  • Gənclərlə iş - 10 yer

060409 MBA proqramı

  • Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə) - Azərbaycan bölməsi 10 yer, ingilis bölməsi 5 yer
  • Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə) - Azərbaycan bölməsi 10 yer, ingilis bölməsi 5 yer
  • Biznesin təşkili və idarə edilməsi (vergi üzrə) - Azərbaycan bölməsi 10 yer, ingilis bölməsi 5 yer
  • Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə) - Azərbaycan bölməsi 10 yer, ingilis bölməsi 5 yer

Bakalavrların nəzərinə çatdırırıq ki, 

1. Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.

2. Ödənişli əsaslarla təhsil alanların illik təhsil ödənişi 2000 manatdır.

3. Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsindən təqaüd ala biləcəklər.

4. Tələbələrə Erasmus+, Mövlanə və DAAD proqramları vasitəsilə xaricdə təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Avropa və Türkiyənin tərəfdaş universitetlərində bir yaxud iki semestr ərzində əldə olunan kreditlər Azərbaycan Universitetinə transfer olunur.

Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12/13/16/17 (133), 055 220 40 58
Sayt: www.au.edu.az
E-poçt: qebul@au.edu.az
Rəsmi facebook səhifəsi: www.facebookcom/AzerbaycanUnv

DİGƏR XƏBƏRLƏR