XƏBƏRLƏR

Azərbaycan Universiteti məzunlarına 10 faiz güzəşt tətbiq edir

Azərbaycan Universiteti məzunlarına 10 faiz güzəşt tətbiq edir

10 iyun 2020

Baxış sayı: 2808

Azərbaycan Universitetindən bakalavr dərəcəsi alan bu ilki məzunlar universitetin magistratura səviyyəsi üzrə proqram və ixtisaslaşmalara qəbul olduqları təqdirdə təhsil müddəti ərzində onların təhsil haqqına 10 faiz güzəşt tətbiq olunacaq.

Universitetin magistratura səviyyəsi üzrə qəbul planına 2 yeni ixtisaslaşma əlavə olunub. Bunlar Azərbaycanın qədim və orta əsrlər tarixi  ilə İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı ixtisaslaşmalarıdır. Ümumilikdə isə 2020/2021-ci tədris ili üçün 9 ixtisas (14, 26, 38, 39, 42, 46, 56-cı proqramlar) və 20 ixtisaslaşma üzrə  qəbul aparılır.

Azərbaycan Universitetinin magistratura səviyyəsinə tələbə qəbulu bakalavrların müvafiq tədris ilində qəbul imtahanında əldə etdikləri nəticələrə əsasən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Magistratura səviyyəsi üzrə MBA istisna olmaqla bütün ixtisaslaşmalara Dövlət sifa­rişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) qəbul mümkündür.

Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd alırlar. Təqaüdlərin məbləği 80, 120, 145 manat olmaqla tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.

Azərbaycan Universiteti bakalavrlara magistratura səviyyəsi üzrə kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarını əhatə edən beynəlxalq ikili diplom proqramı da təklif edir. Beynəlxalq ikili diplom proqramı Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə birgə həyata keçirilir. Bu ali məktəb kiber təhlükəsizlik və informasiya texnologiyaları sahələrində Avropa üzrə ilk 5-likdə yer alır.

Magistratura səviyyəsinə qəbul planı, keçid balları, qəbul şərtləri, tələbə dəstək layihələri, təhsil haqqından azad olunan tələbələr haqqında daha ətraflı məlumatı keçidə daxil olmaqla əldə edə bilərsiniz.

/az/material/1005/azerbaycan-universiteti-magistratura-seviyyesine-qebul-elan-edir-2020

İctimaiyyətlə əlaqələr şöbəsi
10.06.2020

DİGƏR XƏBƏRLƏR