XƏBƏRLƏR

Azərbaycan Universiteti proqramlaşdırma müsabiqəsində 3 komanda ilə iştirak edib

Azərbaycan Universiteti proqramlaşdırma müsabiqəsində 3 komanda ilə iştirak edib

12 noyabr 2019

Baxış sayı: 3199

Azərbaycan Universiteti “44-cü ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsində (XV Azərbaycan Birinciliyi) üç komanda ilə təmsil olunub.

Müsabiqədə 18 ali təhsil müəssisəsindən 54 komanda və 3 məktəblilər komandası (müsabiqədən kənar) iştirak edib. Hər komanda üç tələbə və komanda rəhbərindən ibarət olub. Müsabiqədə komandalara 5 saat ərzində 13 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Müvəffəqiyyət qazanan komandalar 29 noyabr-1 dekabr tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək 44-cü ICPC müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında iştirak etmək hüququ qazanacaqlar.

Komandaların üzvləri və rəhbərləri

AU_1 komandası 
Komandanın rəhbəri: Əhmədov Əbilhəsən (Riyaziyyat və informatika kafedrası)

  • Qurbanlı Kənan (Kompüter mühəndisliyi, magistratura)
  • Ağazadə Tahir (Kompüter mühəndisliyi, magistratura)
  • Soltanov Qurban (Kompüter mühəndisliyi, bakalavriat)

AU_2 komandası 
Komandanın rəhbəri: Paşayev Asif (İKT fakültəsinin dekanı)

  • Zakirli Fəhmin (Kompüter mühəndisliyi, bakalavriat)
  • Əlizaman Həbibli (Kompüter mühəndisliyi, bakalavriat)
  • Qafarov Amin (Kompüter mühəndisliyi, bakalavriat)

AU_3 komandası
Komandanın rəhbəri: Əhmədov Əbilhəsən (Riyaziyyat və informatika kafedrası)

  • İsmayılov Xəyal (Kompüter mühəndisliyi, bakalavriat)
  • Qəniyeva Səbinə  (Kompüter mühəndisliyi, bakalavriat)
  • Tağıyev Ayxan (Kompüter mühəndisliyi, bakalavriat)

İctimaiyyətlə əlaqələr şöbəsi
12.11.2019

DİGƏR XƏBƏRLƏR