XƏBƏRLƏR

Azərbaycan Universiteti PTE-nin imtahan alt mərkəzi kimi təsdiq olunub

Azərbaycan Universiteti PTE-nin imtahan alt mərkəzi kimi təsdiq olunub

13 sentyabr 2017

Baxış sayı: 5237

Azərbaycan Universiteti PTE-nin (Pearson İngilis dili testi) imtahan alt mərkəzi kimi təsdiq olunub. PTE ümumi imtahanı ümumilikdə 6 bölmədən təşkil olunmuş 2 seqmentdən ibarətdir. PTE Ümumi testi ilkin mərhələdə yazılı test və şifahi test olmaqla 2 hissədən ibarətdir. Yazılı seqment öz növbəsində  dinləmə , oxuyub anlama və yazılı bacarığı hissələrinə bölünür.

Test nəticələrinin müddəti hec vaxt bitmir və etibarlılıq məhdudiyyəti yoxdur. PTE Ümumi testi verən hər bir kəs onu daima gələcəkdə də istifadə edə bilər.

PTE Ümumi imtahanı ildə 3 dəfə - Dekabr, May və İyun aylarında təşkil olunur. PTE Ümumi testi real ünsiyyət bacarığının yoxlanmasıdır. Bu, Birləşmiş Krallığın ən böyük akademik və peşə ixtisaslaşması üzrə mükafatlandıran qurumu olan Edexcel və Pearsonun əməkdaşlığı ilə keçirilir. PTE Ümumi test balı aşağıda göstərilən ölkələrin nazirlik və universitetləri tərəfindən qəbul edilmiş İngilis dili ixtisaslaşmasının etibarlı sübutudur:

  • Albaniya
  • Kolumbiya
  • Çexiya Respublikası
  • Ekvador
  • Yunanıstan
  • İtaliya
  • Latviya
  • Litva
  • Meksika
  • Polşa
  • İspaniya
  • İsveçrə
  • Birləşmiş Krallıq
  • Ukrayna
  • Estoniya  

İctimaiyyətlə əlaqələr şöbəsi
13.09.2017

DİGƏR XƏBƏRLƏR