XƏBƏRLƏR

Azərbaycan Universiteti Qarabağda kitabxanaların bərpası kampaniyasına qoşulub

Azərbaycan Universiteti Qarabağda kitabxanaların bərpası kampaniyasına qoşulub

21 may 2021

Baxış sayı: 2144

Azərbaycan Universiteti Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”na qoşulub.

Universitet kampaniya çərçivəsində Azərbaycan, türk, rus, ingilis və fransız dillərində ədəbiyyat, tarix, iqtisadiyyat və digər sahələri əhatə edən köhnə və yeni nəşrlərdən, Azərbaycan dövlətçiliyini, ümummilli lider Heydər Əliyevin zəngin irsini əks etdirən dəyərli mənbələrdən, milli, eləcə də xarici ölkə yazıçılarının məşhur bədii əsərlərindən  ibarət kitablar işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna  bağışlayıb. 655 adda 1620 nüsxədən ibarət kitab kolleksiyasına bədii ədəbiyyatla yanaşı dərslik və lüğətlər də daxildir.

Kampaniyanın məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpasıdır.

İctimaiyyətlə əlaqələr şöbəsi
21.05.2021

DİGƏR XƏBƏRLƏR