XƏBƏRLƏR
Azərbaycan Universiteti tələbələrin müraciətlərini araşdıracaq
Azərbaycan Universiteti qış imtahan sessiyasına hazırlıq zamanı Covid-19 pandemiyasının təhsil prosesinə mənfi təsiri nəticəsində yaranmış problemləri, tələbələrin şikayət və təkliflərini araşdıracaq. Tələbələr sessiyanın təşkili ilə bağlı müraciətlərini 1 yanvar 2021-ci il tarixinə qədər info@au.edu.az ünvanına göndərə bilərlər.
Şikayət və təkliflərin toplanması, araşdırılması, operativ və ədalətli şəkildə həll edilməsi məqsədilə rektorun əmri ilə xüsusi komissiya fəaliyyətə başlayıb. Komissiya 8 yanvar 2021-ci il tarixinə qədər müraciətlərə baxmalı və nəticəsi haqqında tələbələrə məlumat verməlidir.
Qış imtahan sessiyasında bütün tələbələrə uğurlar arzulayırıq!
İctimaiyyətlə əlaqələr şöbəsi
26.12.2020
DİGƏR XƏBƏRLƏR
Üç fakültə, üç ulduz: “Ulduz tələbə” layihəsinin yeni qalibləri
21 sentyabr 2026
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
18 sentyabr 2026
Azərbaycan Universitetinin dosenti ABŞ-də akademik səfərdə olub
16 sentyabr 2026
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 sentyabr 2026
Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib
09 sentyabr 2026
Tərcümə və filologiya kafedrasının baş müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib
07 sentyabr 2026
