XƏBƏRLƏR

Azərbaycan Universiteti tələbəsinin uğuru

Azərbaycan Universiteti tələbəsinin uğuru

08 may 2017

Baxış sayı: 4371

Humanitar fənlər fakültəsinin Tərcümə (İngilis dili) ixtisası üzrə təhsil alan III kurs tələbəsi Vəfa Axundova Bakı Biznes Universitetində keçirilmiş konfransda III dərəcəli diploma layiq görülüb. “Səmərəli islahatların uğurlu nəticələri:reallıqlar, perspektivlər” mövzusunda keçirilmiş konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunub.

Vəfa Axundova iki günlük beynəlxalq konfransın gənc tədqiqatçılar özəl bölməsində “Fonetik interferensiya” mövzusunda ingilis dilində hazırlanmış elmi məqalə ilə çıxış edib. Məqalə xarici dildə fonetik interferensiya problemlərinə həsr olunub. Tələbənin elmi rəhbəri filologiya elmləri namizədi, dosent Hüseyn Hüseynovdur.  

Vəfa Axundova sevincini saytımız ilə bölüşüb: “İlk dəfədir ki, tələbə elmi konfransında çıxış edirəm. Mən adətən universitetdə mədəni – kütləvi tədbirlərdə fəal iştirak edirəm. Özümü elmi sahədə də sınamaq istədim. Əslində ilk dəfədən  yüksək nəticə gözləmirdim. Münsif müəllimlər həm ingilis dilində çıxışım, həm də məqalədə toxunulan məsələ ilə bağlı müsbət fikirlər səsləndirdilər. Bu da məni bu sahədə istiqamətlənməyə ruhlandırdı. Başda elmi rəhbərim Hüseyn müəllim olmaqla, bütün müəllimlərimə minnətdarlığımı bildirirəm”. 

İctimaiyyətlə əlaqələr şöbəsi
08.05.2017

DİGƏR XƏBƏRLƏR