XƏBƏRLƏR

Azərbaycan Universiteti tərəfindən “Multikulturalizmin əsasları” adlı kitab nəşr olunub

Azərbaycan Universiteti tərəfindən “Multikulturalizmin əsasları” adlı kitab nəşr olunub

11 iyul 2017

Baxış sayı: 5606

Azərbaycan Universiteti tərəfindən yeni kitab nəşr olunub. Kitabın müəllifləri Azərbaycan Universitetinin professoru, filologiya elmləri doktoru, professor Qorxmaz Quliyev və Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimovadır.

“Multikulturalizmin əsasları” adlı dərs vəsaitində multikulturalizm konsepsiyalarının təşəkkülü, inkişaf mərhələləri təhlil olunur, mədəniyyətlərarası dialoq, növləri – elitar mədəniyyət, kütləvi mədəniyyət, avangard mədəniyyət, totalitar mədəniyyət milli mədəniyyət və onların qovuşması prosesi öz əksini tapır.

Kitabda həmçinin multikulturalizm prosesini araşdıran alimlər haqqında məlumat verilir və onların əsərləri təhlil olunur.

Dərs vəsaiti ali məktəb tələbələri, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. 

İctimaiyyətlə əlaqələr şöbəsi
12.07.2017

DİGƏR XƏBƏRLƏR