XƏBƏRLƏR

Azərbaycan Universiteti təşəkkürnamə ilə təltif olunub

Azərbaycan Universiteti təşəkkürnamə ilə təltif olunub

03 aprel 2019

Baxış sayı: 11370

Azərbaycan Universiteti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc Mühasiblər" İctimai Birliyi tərəfindən "Gənclər üçün Mühasibatlıq üzrə II Olimpiadanın təşkili" adlı layihə çərçivəsində göstərdiyi təşkilati dəstəyə və səmərəli əməkdaşlığa görə təşəkkürnamə ilə təltif olunub. Bakı, Sumqayıt və Gəncə şəhərlərində həyata keçirilən olimpiada seçim turu və final olmaqla iki mərhələdən ibarət olub.

Layihənin əsas məqsədi mühasibatlığın öyrədilməsində gənclərin analitik düşüncə tərzini yüksəltmək, gənclərin bilik yarışmasını təşkil etmək, intellektual qabiliyyətlərini və yaradıcılıqlarını aşkarlayaraq səmərəli qiymətləndirmə üsullarını təqdim etmək və stimullaşdırmaq, bacarıqlı və istedadlı tələbələrə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etmək, gəncləri mühasibatlıq sahəsində maarifləndirilməsini təşkil etməkdir.

Layihənin final mərhələsi Bakı Konqres Mərkəzində keçirilib. Ümumilikdə 11 universitetin 400-dən çox tələbəsini əhatə edən müsabiqənin final mərhələsində 45 tələbə iştirak edib. Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən hazırlanan Mühasibat Uçotu üzrə suallara əsasən keçirilən yarışda I, II və III yerin qaliblərinə diplom və hədiyyələr təqdim olunub. Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin tələbəsi Rəhimli Kənan VI yerə çıxıb.

Azərbaycan Universiteti müsabiqənin final mərhələsində 4 tələbə ilə təmsil olunub. Biznes və iqtisadiyyat fakültəsinin tələbələri Rəhimli Kənan, Cəfərova Fatimə, Məmmədli Hilal və Saatov Rövşən daxili seçim turunda yüksək nəticə göstərərək müsabiqənin finalında iştirak hüququ qazanıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi
03.04.2019

DİGƏR XƏBƏRLƏR