XƏBƏRLƏR

Azərbaycan Universiteti Türkiyədə keçiriləcək beynəlxalq konfransın həmtəşkilatçısıdır

Azərbaycan Universiteti Türkiyədə keçiriləcək beynəlxalq konfransın həmtəşkilatçısıdır

21 sentyabr 2022

Baxış sayı: 6266

Azərbaycan Universiteti Türkiyənin Elazığ şəhərində yerləşən Fırat Universitetində 20-21 may 2023-cü il tarixlərində keçiriləcək 7-ci beynəlxalq “Tətbiqi riyaziyyat və mühəndislik elmləri” (Computational Mathematics and Engineering Sciences – CMES-2023) konfransının həmtəşkilatçısıdır. Universitetin rektoru Səadət Əliyeva və elmi işlər üzrə prorektor Yusif Qasımov beynəlxalq tədbirin fəxri və təşkilat komitələrində təmsil olunurlar.

“CMES-2023” nəzəri və tətbiqi riyaziyyat, həmçinin mühəndislik elmləri sahəsində son elmi nəticələri müzakirə etmək üçün tədqiqatçılar və təcrübəçilər üçün ideal akademik platforma təqdim etməyi planlaşdırır. Bu tədbir həmçinin hesablama riyaziyyatı və onun mühəndislikdə tətbiqləri sahəsində qarşılıqlı əlaqəni stimullaşdırmaq, dəvətli məruzəçilərin və iştirakçıların bütün əlaqədar sahələr üzrə yeni elmi nəticələrini və işləmələrini təqdim etmək və hesablama təcrübəsini nümayiş etdirmək imkanı yaradacaqdır.

Konfransa tezislərin qəbulu 30 aprel 2023-cü il tarixində başa çatacaq. 

Konfransın səhifəsinə keçid: https://www.cmescongress.org/

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR