XƏBƏRLƏR
Azərbaycan Universiteti UDİD Proqramına qeydiyyat başlayır
Azərbaycan Universitetinin tələbələrinə 4 il ərzində 2 ixtisas üzrə 2 diplom əldə etmək imkanı yaradan Universitetdaxili İki Diplom (UDİD) proqramına qeydiyyat oktyabrın 3-dən 11-dək aparılacaq.
UDİD proqramına Biznes və iqtisadiyyat fakültəsinin Mühasibat uçotu və audit, Maliyyə, Marketinq, Menecment və Biznesin idarə edilməsi ixtisasları üzrə təhsil alan, təhsil aldıqları ixtisas üzrə akademik borcu olmayan, orta müvəffəqiyyət göstəricisi 85-100 bal arasında olan II kurs tələbələri iştirak edə bilərlər.
Proqram üzrə ikinci ixtisasa müraciət edən tələbələr yalnız fərqli ixtisas fənlərini dinləyərək, müvafiq kreditləri toplayıb ikinci ixtisasa yiyələnə biləcəklər.
Tələbələr daha ətraflı məlumat əldə etmək üçün Tədris şöbəsinə müraciət edə bilərlər.
Tədris şöbəsi III mərtəbə, 406 nömrəli otaqdadır.
Tel.: (+99412) 431 41 12 (118)
UDİD proqramının qaydalarına keçid
/az/menu/344/universitetdaxili-iki-diplom-proqrami
İctimaiyyətlə əlaqələr şöbəsi
02.10.2019