XƏBƏRLƏR

Azərbaycan Universiteti Xorvatiya universiteti ilə əməkdaşlığa başlayıb

Azərbaycan Universiteti Xorvatiya universiteti ilə əməkdaşlığa başlayıb

16 noyabr 2017

Baxış sayı: 4463

Azərbaycan Universitetinin ilə Xorvatiyanın Dubrovnik Universiteti ilə əməkdaşlığa dair müqavilə imzalanıb. Əməkdaşlıq Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində həyata keçiriləcək.

“Erasmus+” proqramı əməkdaş universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsini həyata keçirir. Tələbələr qeyd olunmuş proqram çərçivəsində xarici ölkələrdə təhsil almaqla ünsiyyət və dil bacarıqlarını inkişaf etdirə bilirlər. Proqram çərçivəsində bakalavriat, magistratura pillələrində təhsil alan tələbələr və eləcə də akademik və inzibati heyət mübadilədə iştirak edə bilərlər.

Beynəlxalq təcrübə və elm ocaqları ilə qaynayıb qarışma prosesinin təhsilin mühüm tərkib hissəsi olduğuna inanan Azərbaycan Universiteti “Erasmus+” və “Mövlanə” proqramları çərçivəsində Türkiyə və Avropanın qabaqcıl universitetləri ilə əməkdaşlıq edir.

İctimaiyyətlə əlaqələr şöbəsi
16.11.2017


DİGƏR XƏBƏRLƏR