XƏBƏRLƏR

Azərbaycan Universiteti ərazi ilk partiya təşkilatı təşəkkürnamə ilə təltif olunub

Azərbaycan Universiteti ərazi ilk partiya təşkilatı təşəkkürnamə ilə təltif olunub

30 dekabr 2021

Baxış sayı: 1926

Azərbaycan Universiteti ərazi ilk partiya təşkilatı Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının 2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş konfransında təşəkkürnamə ilə təltif olunub. Təşəkkürnamə Nəsimi rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə verilib.

Azərbaycan Universitetində ərazi ilk partiya təşkilatının sədri Tariyel Qəni qeyd edib ki, Azərbaycan Universiteti ölkəmizin həyatında baş verən ictimai, siyasi və mədəni tədbirlərdən heç zaman kənarda qalmır, milli və dövlət bayramlarını, xalqımızın başına gəlmiş faciəvi hadisələri həmçinin ümummilli liderimiz Heydər Əliyevin anım günlərini hər il qeyd edir. Cari ildə təşkilatımızın üzvləri Universitetdə təşkil olunmuş “20 Yanvar”, “Xocalı soyqırımı”, “31 Mart – azərbaycanlıların soyqırımı günü”,  “Ümummilli liderin anadan olmasının 98-ci ildönümü”, “27 sentyabr-Anım günü”, 5 noyabrda isə “Zəfər günü” ilə bağlı tədbirlərdə iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Universitetində ərazi ilk partiya təşkilatı 1998-ci ildə yaradılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
30.12.2021

DİGƏR XƏBƏRLƏR