XƏBƏRLƏR

Azərbaycan Universitetində Milli Qurtuluş Gününə həsr olunmuş vebinar keçirilib

Azərbaycan Universitetində  Milli Qurtuluş Gününə həsr olunmuş vebinar keçirilib

12 iyun 2020

Baxış sayı: 2922

Azərbaycan Universitetində İctimai elmlər kafedrasının təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycanın qurtuluşu” mövzusunda vebinar keçirilib. Onlayn tədbirdə elmi işlər üzrə prorektor, prof. Yusif Qasımov və İctimai elmlər kafedrasının müdiri prof. Qabil Əliyevin ümummilli liderin xilaskarlıq missiyası haqqında çıxışları dinlənilib.

Çıxışlarda qeyd olunub ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan xalqının taleyində böyük başlanğıcların əsasının qoyulduğu, böyük tarixi-siyasi əhəmiyyətə malik bir gün və bir dönüm nöqtəsidir. Ölkədə yaranmış ictimai-siyasi böhranı aradan qaldıran, Azərbaycanı vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas edən qüvvə Heydər Əliyev olub. Ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi ilə 15 iyun tarixi təqvimimizə Milli Qurtuluş Günü kimi daxil olub.

Çıxışlarda vurğulanıb ki, Heydər Əliyevin dəmir iradəsi, qətiyyəti və gələcəyə yönəlmiş addımları sayəsində Azərbaycanın üzləşdiyi çətinliklər mərhələlərlə həll olunub, xalqın həmrəyliyi və milli birliyi təmin olunub, ölkədə əmin-amanlıq və siyasi sabitlik yaranıb,  ictimai, siyasi, sosial, iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlayıb, Azərbaycanın 1991-ci il oktyabrın 18-də bərpa etdiyi dövlət müstəqilliyi qorunub və saxlanıb.

“Microsoft Teams” platforması üzərindən keçirilən vebinarda universitetin professor-müəllim heyəti iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
12.06.2020

DİGƏR XƏBƏRLƏR