XƏBƏRLƏR

Azərbaycan Universitetində qış imtahan sessiyası başlayıb

Azərbaycan Universitetində qış imtahan sessiyası başlayıb

30 dekabr 2019

Baxış sayı: 2889

Bu gün Azərbaycan Universitetində 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib.

Rektorun əmri ilə sessiyanın mövcud normativ sənədlər əsasında təşkil olunması, sessiya dövründə  tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahanların təşkilinə və gedişinə nəzarət, yarana biləcək neqativ halların dərhal aradan qaldırılması məqsədilə “İmtahan qərargahı” fəaliyyət göstərir. Qərargaha daxil olan müraciət və şikayətlərin operativ şəkildə araşdırılması təmin edilir.

Sessiya dövründə şəffaflığın təmin edilməsi üçün imtahanlarda ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaradılıb. İmtahanlarda iştirak etmək istəyənlər (+99412) 431 41 12 (daxili 118) nömrəli telefon vasitəsi ilə Tədris şöbəsinə müraciət etməlidirlər.

Qış imtahan sessiyası dövründə tələbələrin biliyinin yenidən qiymətləndirilməsi və imtahan zamanı baş vermiş münaqişələrin aradan qaldırılması üçün ixtisas kafedralarına uyğun olaraq Apellyasiya Komissiyası da yaradılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
30.12.2019


DİGƏR XƏBƏRLƏR