XƏBƏRLƏR

Azərbaycan Universitetində 31 mart – Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Universitetində 31 mart – Azərbaycanlıların soyqırımı gününə  həsr olunmuş tədbir keçirilib

31 mart 2016

Baxış sayı: 4688

Azərbaycan Universiteti Teatr Klubu tərəfindən “31 mart – Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş anım tədbiri keçirilib.
İki hissədən ibarət olan tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rəsmi hissədə 1918-ci ilin 30 mart – 3 aprel tarixləri arasında Bakı və ərtaf kəndlərdə, Şamaxı, Quba, Lənkəran və digər bölgələrdə erməni daşnakları və bolşeviklərin  Azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar haqqında məlumat verilib, anım günlərinin və maarifləndirici tədbirlərin əhəmiyyəti vurğulanıb.
İkinci hissədə isə Teatr Klubunun üzvləri tərəfindən ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və törətdikləri cinayətlər, Dağlıq Qarabağın işğal, Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımlarına həsr olunmuş səhnəciklər, ədalətin bərqərar olması üçün gəncləri fəallığa səsləyən kompozisiyalar nümayiş olunub.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
31.03.2016

DİGƏR XƏBƏRLƏR