XƏBƏRLƏR

Azərbaycan Universitetində Abituriyent Məsləhət Mərkəzi fəaliyyət göstərəcək

Azərbaycan Universitetində Abituriyent Məsləhət Mərkəzi fəaliyyət göstərəcək

14 mart 2019

Baxış sayı: 4676

Azərbaycan Universitetində ötən tədris ilində olduğu kimi bu il də Abituriyent Məsləhət Mərkəzi yaradılıb. Dövlət İmtahan Mərkəzi ilə Azərbaycan Universiteti arasında əldə edilmiş razılığa əsasən mərkəz ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərəcək.

Martın 15-dən fəaliyyətə başlayacaq mərkəzdə xüsusi təlim keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməklik göstərəcəklər. Abituriyentlər onları maraqlandıran suallarla bağlı Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər.

Mərkəz aşağıda qeyd olunan ünvanda həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərəcək.

Azərbaycan Universiteti
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç., 71.
Telefon: +994 12 431 41 12 (daxili nömrə:172)

İctimaiyyətlə əlaqələr şöbəsi
14.03.2019


DİGƏR XƏBƏRLƏR