XƏBƏRLƏR

Azərbaycan Universiteti Abituriyent Məsləhət Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycan Universiteti Abituriyent Məsləhət Mərkəzi fəaliyyətə başlayıb

10 sentyabr 2020

Baxış sayı: 2287

Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün sentyabrın 10-dan 20-dək ixtisas seçimi edəcək abituriyent və subbakalavrlar Azərbaycan Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər.

Məsləhət Mərkəzinin fəaliyyəti bu il pandemiya şəraitinə uyğun olaraq qurulub. Belə ki, abituriyent və subbaklavrların qəbulu məhdud sayda – günlük müəyyən edilmiş saya uyğun Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə əvvəlcədən götürülmüş onlayn növbə əsasında həyata keçirilir. Bir abituriyentə maksimum 20 dəqiqə vaxt ayrılır. Abituriyenti yalnız 1 nəfərin müşaiyət etməsinə icazə verilir. Onlayn növbə tutmaq üçün hər bir şəxs sistemdə tələb olunan məlumatları doldurmaqla (şəxsi məlumatlar, məsləhət yeri, tarixi və saatı) xidmətdən rahat yararlana bilər. Bir şəxs gün ərzində yalnız 1 görüş təyin edə bilər. Təyin olunan görüşün vaxtını dəyişmək istəyənlər “Görüşdən imtina edirəm” bölməsinə müvafiq məlumatları daxil etməklə görüşdən imtina edib yeni görüş təyin edə bilərlər. Onlayn növbəyə yazılmış şəxslər binaya yaxınlaşdıqda şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etməlidirlər.

Mərkəz, Dövlət İmtahan Mərkəzi ilə Azərbaycan Universiteti arasında əldə edilmiş razılığa əsasən yaradılıb və artıq 3 ildir ki, fəaliyyət göstərir.

Mərkəzin xüsusi təlim keçmiş əməkdaşları abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında köməklik və məsləhət xidməti göstərirlər.

Mərkəz həftənin 7 günü saat 09.00-dan 17.00-dək fəaliyyət göstərir.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç., 71

Telefon: (+994 12) 431 41 17, 05522040 58

İctimaiyyətlə əlaqələr şöbəsi
10.09.2020

DİGƏR XƏBƏRLƏR