XƏBƏRLƏR

Azərbaycan Universitetində ali təhsilin problem və perspektivləri müzakirə olunacaq

Azərbaycan Universitetində ali təhsilin problem və perspektivləri müzakirə olunacaq

22 may 2019

Baxış sayı: 3109

Sabah Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycan ali təhsilinə beynəlxalq prizmadan baxış: problemlər və perspektivlər” mövzusunda respublika konfransı keçiriləcək.

Konfransın məqsədi yeni çağırışlar qarşısında olan Azərbaycan təhsil sisteminin problemləri və inkişaf perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün elmi platforma tətbiq etməkdir.

Konfransa qeydiyyat saat 09.00-dan 09.45-dək aparılacaq. Açılış və plenar iclasın ardından tədbir işini bölmə iclaslarında davam etdirəcək.

Bölmə iclaslarında Azərbaycan təhsilində kurikulum çərçivə sənədi və pedaqoji kadr hazırlığı məsələləri, dil kimliyi elm və təhsil kollaborasiyası aspektində, ümumi təhsildə məzmun islahatları, təhsil müəssisələrinə pedaqoji kadrların işə qəbulunun tənzimlənməsi və digər bu kimi aktual mövzular müzakirə olunacaq.

Konfrans materialları toplu şəklində çap olunub və qeydiyyat zamanı məruzəçilərə təqdim olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
22.05.2019

DİGƏR XƏBƏRLƏR