XƏBƏRLƏR

Azərbaycan Universitetində beynəlxalq konfrans işə başlayır

Azərbaycan Universitetində beynəlxalq konfrans işə başlayır

13 may 2018

Baxış sayı: 4811

14 may 2018-ci il tarixində  Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri - 2018” mövzusunda beynəlxalq konfrans işə başlayacaq. İki gün davam edəcək tədbirin tərəfdaşları Cambridge International Academics (İngiltərə), Liepaja Universiteti (Latviya) və “Synergy Group”dur. Konfrans Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli-71 ünvanında yerləşən tədris binasında keçiriləcək.

Konfransa qeydiyyat saat 09.00-da, açılış və plenar iclas isə saat 10.00-da başlayacaq.

Tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabanda umummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcəklər.

Konfrans universitetin rektoru Səadət Əliyevanın açılış nitqi ilə başlayacaq.

Tədbirin plenar iclasında Türkiyə və Rusiyanın tanınmış alimləri – Bülent Açma və Olqa Astafyeva plenar məruzə ilə çıxış edəcəklər.

Fasilənin ardından konfrans öz işini bölmə iclaslarında də davam etdirəcək. Tədbirin bağlanış mərasimi 15 may günü olacaq.

Konfransa Türkiyə, Rusiya, Braziliya, Qazaxıstan, Qırğızıstan, Polşa, Şimali Kipr Türk Respublikası, Ukrayna və s. kimi 15-ə yaxın ölkə alimlərinin 232 məqaləsi daxil olub.

Konfransa təqdim olunmuş materiallar toplu şəklində çap olunub.

Konfransın səhiəsinə keçid: /az/menu/219/

Konfransın proqramı:

/upload-files/konfrans/davamli_inkisaf_2018_proqram.pdf

İctimaiyyətlə əlaqələr şöbəsi
13. 05.2018

DİGƏR XƏBƏRLƏR