XƏBƏRLƏR

Azərbaycan Universitetində beynəlxalq yay məktəbi başa çatıb

Azərbaycan Universitetində beynəlxalq yay məktəbi başa çatıb

13 sentyabr 2019

Baxış sayı: 3092

Azərbaycan Universitetinin Almaniyanın Koblenz Universiteti və Gürcüstanın İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti ilə birgə təşkil etdiyi yay məktəbinin bağlanış mərasimi keçirilib.  Bir həftə davam edən yay məktəbi “Liderlik və məşğulluq: qlobal əmək bazarı üçün bacarıqlar” mövzusuna həsr olunub. Yay məktəbinə Bakı Mühəndislik və Azərbaycan Dövlət İqtisad universitetlərindən isə tələbə və təlimçilər iştirak edib.

Bağlanış mərasimində Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, prof. Yusif Qasımov, Maliyyə və İqtisadiyyat kafedrasının müdiri prof. Paul Gibbs, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov, təlimçilər prof. Maqdalena Stülb və dr. Qabriel Wolf, Sven Binder çıxış edərək yay məktəbi haqqında təəssüratlarını bölüşüblər. Tədbirdə Gürcüstan səfirinin müşaviri Giorgi Bouchitze, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı Məlumat Mərkəzinin akademik müşaviri Hikmət Kamallı da iştirak edib.

İştirakçılar yay məktəbinin tərəfdaşları Atabank, Mərkəzi Kinik Hospital, Excelsior Hotel və  “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyində apardıqları tədqiqatlar haqqında təqdimat ediblər.

Sonda yay beynəlxalq məktəbinin iştirakçılarına sertifikatlar təqdim olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi
13.09.2019

DİGƏR XƏBƏRLƏR