XƏBƏRLƏR

Azərbaycan Universitetində doktorantlarla görüş keçirilib

Azərbaycan Universitetində doktorantlarla görüş keçirilib

02 aprel 2021

Baxış sayı: 2011

Azərbaycan Universitetində 2021-ci ildə fəlsəfə doktoru proqramları üzrə üzrə doktorantura və dissertanturaya qəbul olan gənc alim və tədqiqatçılar ilə görüş keçirilib.

Tanışlıq xarakterli görüşdə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin müdiri Nüşabə Quliyeva doktorantları təbrik edib, onların təhsil müddətində vəzifələri və hüquqları, doktorant və dissertantların attestasiyasının aparılması, dissertasiyaların əsas elmi nəticələrinin nəşri, dissertasiyaya dair tələblər, dissertasiyaların təqdim olunması və müdafiəsi, Ali Attestasiya Komissiyasının tövsiyyə etdiyi elmi nəşlər, universitetdə doktorant və dissertantlarla işin təşkili, tədqiqat işlərinin aparılmasında onlara kömək göstərilməsi kimi məlumatları çatdırıb.

Görüşdə doktorant və dissertantlara dissertasiya işinin yerinə yetirilməsi prosesi ilə bağlı məsləhətlər verilib, onları maraqlandıran suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
02.04.2021

DİGƏR XƏBƏRLƏR