XƏBƏRLƏR

Azərbaycan Universitetində doktorantura və dissertanturaya qəbul imtahanları başlayıb

Azərbaycan Universitetində doktorantura və dissertanturaya qəbul imtahanları başlayıb

25 yanvar 2018

Baxış sayı: 5146

Bu gündən Azərbaycan Universitetində 2018-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və disertanturaya qəbul imtahanları və müsahibəyə start verilib. İmtahanlar yanvarın 25-dən fevralın 2-dək keçiriləcək. Doktoranturaya fəlsəfə doktoru proqramı üzrə qəbul olunmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Dissertanturaya  qəbul olunmaq istəyənlərlə müsahibə də bu gün keçirilib. Nəticələr imtahanlar yekunlşadıqdan sonra elan olunacaq.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 10 yer, fəlsəfə doktoru proqramı üzrə dissertanturaya 10 yer olmaqla ümumilikdə 20 yer ayrılıb. Bütün yerlər ödənişli əsaslarladır.

İctimaiyyətlə əlaqələr şöbəsi
25.01.2018


DİGƏR XƏBƏRLƏR