XƏBƏRLƏR

Azərbaycan Universitetində doktoranturaya qəbul üçün ixtisas imtahanı keçirilib

Azərbaycan Universitetində doktoranturaya qəbul üçün ixtisas imtahanı keçirilib

19 mart 2021

Baxış sayı: 2023

Azərbaycan Universitetində 2020/2021-ci tədris ili üzrə doktoranturaya qəbul üçün ixtisas imtahanı təşkil edilib. İngilis dili və fəlsəfə üzrə məqbul nəticə əldə etmiş namizədlər bu gün Müəssisələrin təşkili və idarə edilməsi, Sosial problemlər, Sosial iş və Ümumi tarix ixtisasları üzrə ixtisas imtahanında iştirak ediblər.

İmtahan prosesi koronavirus pandemiyası ilə əlaqədar müəyyən edilmiş zəruri göstərişlər nəzərə alınaraq təşkil edilib. Namizədlərin hərarəti elektron termometrlə yoxlanılıb, tibbi maskalardan, dezinfeksiya məhlullarından istifadə edilib və onların imtahan otağında sosial məsafə nəzərə alınmaqla yerləşdirilməsi təmin edilib.

İxtisas imtahanında 4 namizəd iştirak edib. İmtahan nəticələrinin bu gün elan olunması nəzərdə tutulur. 

İctimaiyyətlə əlaqələr şöbəsi
19.03.2021

DİGƏR XƏBƏRLƏR