XƏBƏRLƏR

Azərbaycan Universitetində “Educators.Pro” təlim mərkəzi fəaliyyətə başlayıb

Azərbaycan Universitetində “Educators.Pro” təlim mərkəzi fəaliyyətə başlayıb

04 noyabr 2016

Baxış sayı: 5003

Azərbaycan Universitetində “Educators.Pro” layihəsinin təlim mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə əmək bazarında ən çox tələb olunan sahələr üzrə yerli təlimçilərin sinif təlimləri və seminarları təşkil olunacaq. Mərkəz bütün iştirakçılar üçün kompüter və digər texniki avadanlıqlarla təmin olunub.

Sırf təlim layihəsi olan “Educators.Pro”nun əsas məqsədi öz sahəsinin peşəkarı olan xarici təlimçilərin onlayn təlimlərinin təşkil edilməsidir. İnteraktiv təlim və seminarlarda iştirakçılar dərs müddətində təlimçi ilə canlı ünsiyyətdə ola biləcək və sual verib, cavab ala biləcəklər. Layihə ilə xarici təlimlərdə iştirak etmək istəyənlərin xərclərinin azaldılması və bürokratik maneələrin aradan qaldırılması nəzərdə tutulur. 

Hazırda informasiya texnologiyaları sahəsinə aid təlimlərə start verilib. Yaxın gələcəkdə inşaat, dizayn kimi sahələr üzrə təlimlərin təşkili də nəzərdə tutulur. Layihəyə xarici təlimçilərlə yanaşı, yerli peşəkarlar da cəlb olunacaq. Çox yaxında layihənin http://www.educators.pro saytı fəaliyyətə başlayacaq.

Qeyd edək ki, “Educators.Pro” layihəsinin hazırlıqlarına 2016-cı ilin mart ayında start verilib. Təlim və seminarlarda iştirak edəcək tələbələr üçün xüsusi endirimlər nəzərdə tutulur. Layihənin rəhbəri Fərhad Kərimovdur.

Layihə rəhbəri haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmeək mümkündür:
http://frhd.info/

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
04.11.2016

DİGƏR XƏBƏRLƏR