XƏBƏRLƏR

Azərbaycan Universitetində filologiyanın aktual problemləri mövzusunda konfrans keçiriləcək

Azərbaycan Universitetində filologiyanın aktual problemləri mövzusunda konfrans keçiriləcək

13 aprel 2016

Baxış sayı: 5983

Azərbaycan Universitetində (I tədris binası, Tbilis pr.-72) “Çağdaş filologiyanın aktual problemləri” mövzusunda ümumrespublika elmi-praktiki konfransı keçiriləcəkdir. 3 noyabr 2016-cı il tarixində keçiriləcək konfrans Azərbaycanın ilk xalq şairi, dramaturq, əməkdar incəsənət xadimi, akademik Səməd Vurğunun 110 illik yubileyinə həsr olunur.
Konfransda “Azərbaycan ədəbi dilinin müasir vəziyyəti və nəzəri problemləri”, “Müasir Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı kontekstində”, “Ədəbi tənqid və ədəbiyyatşünaslıq problemləri” kimi məsələlər müzakirə olunacaqdır. İştirakçıların məruzələri “Çağdaş Azərbaycan dilinin problemləri” və “Azərbaycan ədəbiyyatının müasir durumu” olmaqla iki bölmədə dinləniləcəkdir.
Konfrans və təqdim ediləcək məqalələrin hazırlanmasına qoyulan tələblərlə bağlı ətraflı məlumat universitetin vebsaytında yerləşdirilib. Tələb olunan qaydalara uyğun hazırlanmış məqalələr 01 avqust 2016-cı il tarixinə qədər Təşkilat komitəsinə təqdim edilməlidir.

Konfrans materiallarının hazırlanmasına qoyulan tələblərlə BURADAN tanış ola bilərsiniz.

Təşkilat komitəsi ilə əlaqə:
Azərbaycan Universiteti, II tədris binası

Bakı AZ 1102, Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri küçəsi-36
Azərbaycan filologiyası və jurnalistika kafedrası
Konfransın katibi: Xəyalə Əliyeva
Tel: (+99412) 430 51 79 (daxili 113)
E-mail: khayala.aliyeva@au.edu.az

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
13.04.2016

DİGƏR XƏBƏRLƏR