XƏBƏRLƏR

Azərbaycan Universitetində gənc tədqiqatçıların respublika konfransı keçiriləcək

Azərbaycan Universitetində  gənc tədqiqatçıların respublika konfransı keçiriləcək

05 mart 2018

Baxış sayı: 5555

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların I Respublika elmi-praktik konfransı keçiriləcəkdir. 20 aprel 2018-ci il tarixdə keçiriləcək konfransın məqsədi ölkənin müxtəlif universitet, akademiya və institutlarında oxuyan və fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, onların ikt və tətbiqləri, humanitar və sosial elmlər və iqtisadiyyat sahələrində əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaqdır.

Konfransda iştirak etmək arzusunda olanlar məqalələrini aprelin 10-dək konrans katibliyinə elektron poçt vasitəsilə göndərməlidirlər. Məqalənin qəbul olunması haqqında son məlumatlandırma tarixi isə 15 aprel 2018-ci ildir.

Müəlliflər üçün təlimat və konfrans haqqında daha ətraflı məlumat Azərbaycan Universitetinin saytında yerləşdirilib.

Ətraflı məlumat üçün 
Tel: (+99412) 431 41 12/13/16/17 (daxili 126)
E-poçt: genc.tedqiqatci@au.edu.az
Konfransın səhifəsinə keçid: /az/menu/244/

İctimaiyyətlə əlaqələr şöbəsi
05.03.2018


DİGƏR XƏBƏRLƏR