XƏBƏRLƏR

Azərbaycan Universitetində “İcbari tibbi sığorta” mövzusunda tədbir keçirilib

Azərbaycan Universitetində  “İcbari tibbi sığorta” mövzusunda tədbir keçirilib

21 oktyabr 2022

Baxış sayı: 9528

Azərbaycan Universitetində “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin məsləhətçisi Emil Lətifov təqdimatla çıxış edib. 

Emil Lətifovun təqdimatı İcbari tibbi sığorta haqqında ümumi məlumat, icbari tibbi sığorta haqları, icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibbi müəssislələri barədə ümumi məlumat, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası, agentliyin müqavilə bağladığı özəl tibb müəssislələrinin siyahısı və özəl tibb müəssislələrində icbari tibbi sığortadan istifadə qaydası kimi mövzuları əhatə edib. 

Tədbirin sonunda müəllim və tələbələrin mövzuya dair sualları cavablandırılıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR