XƏBƏRLƏR

Azərbaycan Universitetində IELTS dərslərinə start verilib

Azərbaycan Universitetində IELTS dərslərinə start verilib

01 noyabr 2017

Baxış sayı: 5465

Azərbaycan Universitetində bu gündən IELTS dərslərinə start verilib. Xarici dillər kafedrası tərəfindən təşkil olunan dərslərin tədrisi IELTS üzrə peşəkar mütəxəssis Jalə Bəhramova tərəfindən aparılır. Proqram hər dərs 90 dəqiqə olmaqla həftədə 2 dəfə tədris olunur.

Jalə Bəhramova Bakı Slavyan Universitetindən Tərcümə (İngilis dili) ixtisası üzrə bakalavr, Finlandıyanın Helsinki Universitetindən Beynəlxalq münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb. İngiltərədə beynəlxalq dil mərkəzi “Twin Group”dan CDP (Career Development Course) ve TEFL (Teaching English as First Language), Avstriyanın Beckley İnstitutundan TESOL (Teaching English to Speakers of Other Languages) beynəlxalq sertifikatları var.  Mütəxəssis həmçinin CELTA (Certificate in English Language Teaching to Adults) sertifikatına sahibdir.

Ətraflı məlumat üçün aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Tel: (+99412)431 41 12/13/16/17 (129, 134)

İctimaiyyətlə əlaqələr şöbəsi
01.11.2017

DİGƏR XƏBƏRLƏR