XƏBƏRLƏR

Azərbaycan Universitetində “Lələtəpədə yazılan dastan” filminin nümayişi olub

Azərbaycan Universitetində “Lələtəpədə yazılan dastan” filminin nümayişi olub

08 oktyabr 2018

Baxış sayı: 3589

Azərbaycan Universitetində “Lələtəpədə yazılan dastan” filminin ilk nümayişi olub. Azərbaycan Universitetinin məzunu və Aprel şəhidi Fəxrəddin Qurbanlının xatirəsinə həsr olunan sənədli film Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yaynında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Tədbirdə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Universitetin rektoru Səadət Əliyeva açıb. Rektor çııxışında Fəxrəddin Qurbanlının tələbəlik illərinə nəzər salıb, onun çalışqan, məsuliyyətli və məqsədyönlü tələbə olduğunu bildirib.  Səadət Əliyeva hərbi xidmətdə də vətənin keşiyində eyni məsuliyyətlə dayanan, gözünün qırpmadan düşmənin üzərinə gedən şəhidin həyat yolunun gənclər üçün nümunə olduğunu qeyd edib.  Rektor diqqətə çatıdırb ki, yüksək biliklərə malik olmaq, öz ixtisasını mükəmməl bilmək və ona yüksək peşəkarlıqla yiyələnmək kimi keyfiyyətlər də vətənə bağlılığın və ona xidmətin meyarlarındandır.

Səadət Əliyeva nitqində Prezident İlham Əliyevin şəhid ailələrinə yüksək diqqət və qayğısını da xüsusi vurğulayıb.

Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri və layihənin rəhbəri Rövşən Ağamalıyev layihə haqqında məlumat verib. R. Ağamalıyev bildirib ki, film Aprel döyüşlərinin tariximizdə şanlı zəfər kimi yer tutmasına ictimai dəstək və maarifləndirmə məqsədiylə çəkilib.

Şəhidin atası Seyfəddin Qurbanlı dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Tədbirdə rektor Səadət Əliyeva Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin Fəxri Fərmanı ilə təltif olunub. Rövşən Ağamalıyev qeyd edib ki, Fəxri Fərman Universitet tərəfindən “Şəhid Fəxrəddin Qurbanlı” təqaüdünün təsis olunması və filmin çəkilişində göstərilən dəstəyə görə təqdim olunur.

Daha sonra sənədli filmin nümayişi başlayıb. Filmdə şəhidin ailə üzvləri, orta məktəb və universitet müəllimləri, sinif və qrup yoldaşları, yaxınları onun keçdiyi həyat yoluna işıq salır, xatirələrini bölüşürlər.

Tədbirdə şəhidin ailə üzvləri, universitet heyəti və ictimai birliyin nümayəndələri iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
08.10.2018


DİGƏR XƏBƏRLƏR