XƏBƏRLƏR

Azərbaycan Universitetində növbəti ECDL təlimləri başladı

Azərbaycan Universitetində növbəti ECDL təlimləri başladı

12 mart 2019

Baxış sayı: 3761

Azərbaycan Universitetində bu gündən növbəti ECDL təlimləri başlayıb. Dərslər həftədə 2 dəfə və hər dərs 90 dəqiqə olmaqla təşkil olunur və aşağıdakı modullar üzrə aparılır.

  • Kompüterin əsasları
  • Onlayn biliklər
  • Mətn prosessoru
  • Elektron cədvəllər
  • Təqdimat

Dərslər 1 iyun 2019-cu il tarixində yekunlaşacaq.  

Qeyd edək ki, Azərbaycan Universiteti kompüter biliklərini ölçən beynəlxalq ECDL sertifikat proqramının (European Computer Driving Licence – Avropa Kompüter Səviyyəsi Ölçmə Sertifikatı ) ölkəmizdəki rəsmi Akkreditasiya Olunmuş Test Mərkəzi (ATM) olaraq təsdiqlənib. Dünyada kompüter savadlılığını təsdiq edən standartlar içərisində ECDL sertifikatı daha geniş yayılıb və 150-dən artıq ölkə tərəfindən tanınır.

Universitetin nəzdindəki ECDL Mərkəzi həm təlim, həm də test mərkəzi kimi fəaliyyət göstərir. ECDL təlimlərinin imtahanlarından uğurla keçən tələbələr kompüter bacarıqlarını beynəlxalq səviyyəli sertifikatla təsdiq edə biləcəklər.

İctimaiyyətlə əlaqələr şöbəsi
12.03.2019


DİGƏR XƏBƏRLƏR