XƏBƏRLƏR

Azərbaycan Universitetində növbəti Karyera Günü keçiriləcək

Azərbaycan Universitetində növbəti Karyera Günü keçiriləcək

24 aprel 2018

Baxış sayı: 3888

Azərbaycan Universiteti Karyera Mərkəzinin təşkilatçılığı ilə növbəti “Karyera Günü” keçiriləcəkdir. “Karyerada ilk addım” şüarı bu il dördüncü dəfə təşkil olunacaq tədbirdə müxtəlif profilli şirkət və müəssisələr iştirakçılara öz vakansiyalarını, təcrübə və təqaüd proqramlarını təqdim edəcəklər.  

Tədbirin təşkil olunmasında əsas məqsəd gənclərin məşğulluq probleminin həllinə kömək göstərilməsi, onların əmək bazarına çıxışının dəstəklənməsidir.

Bütün işəgötürən və iş axtaranların dəvətli olduğu tədbir 11 may 2018-ci il tarixində Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71ünvanında yerləşən tədris binasında keçiriləcəkdir. Tədbirin başlama saatı 10.00-dır.

Əlaqə telefonu: +994552204068

İctimaiyyətlə əlaqələr şöbəsi
24.04.2018


DİGƏR XƏBƏRLƏR