XƏBƏRLƏR

Azərbaycan Universitetində növbəti “Karyera Günü” keçirilib

Azərbaycan Universitetində növbəti “Karyera Günü” keçirilib

24 iyun 2022

Baxış sayı: 841

Azərbaycan Universitetinin ənənəvi “Karyera Günü” pandemiya səbəbilə verilən 2 illik fasilənin ardından bu gün növbəti dəfə təşkil olunub.  “Karyerada ilk addım” şüarı ilə altıncısı keçirilən tədbirdə müxtəlif profilli şirkət, idarə və müəssisələr, dövlət orqanları, təhsil müəssisələri və digər bu kimi qurumlar məzuniyyətin astanasında olan IV kurs tələbələrinə və digər iştirakçılara öz vakansiyalarını, təcrübə və tələbələr üçün nəzərdə tutulan müxtəlif proqramlarını təqdim ediblər.

Tədbirdə iştirak edən şirkət nümayəndələri və insan resursları üzrə menecerlər iştirakçıların işə müraciət və təcrübə keçmək üçün doldurduqları anketləri və hazırladıqları CV-ləri qəbul edib, onlara iş üçün müraciət qaydaları, düzgün CV hazırlanması, iş müsahibələrinə hazırlaşma, özünü təqdimetmə üsulları haqqında məsləhət və tövsiyələrini veriblər. 

Tədbirin məqsədi yuxarı kurs tələbələri və məzunlara müvafiq platforma təqdim etməklə onların iş dünyasına çıxışının dəstəklənməsi və gənclərin məşğulluq probleminin həllinə kömək göstərilməsidir.

İş dünyasının aparıcı şirkətləri ilə birbaşa təmasda olan tələbə və məzunlar özəl sektor və dövlət qurumlarında işə qəbul prosesinin qaydaları və mərhələləri ilə tanış olub, suallarını insan resursları departamentinin nümayəndələrinə ünvanlama imkanı əldə ediblər.

Tədbirdə iştirak edən şirkətlər

  • “Arximed” Tədris Mərkəzi
  • “Buta” bağça
  • “Fred 's English” Tədris Mərkəzi
  • “Harmoniya” Psixoloji Dəstək Mərkəzi
  • “Kainat” Tədris Mərkəzi
  • “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi
  • “McDonalds” Şirkətlər Qrupu
  • “Nömrə 1” Tədris Mərkəzi
  • “Orvita” Psixoloji Reabilitasiya Mərkəzi
  • “Para” BOKT
  • “Prestij-S” Tədris Mərkəzi
  • “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyi
  • “Ulduz” jurnalı
  • “Ümidli gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi
  • ABC Telecom
  • AFB Bank
  • AVE Konsaltinq
  • Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA)
  • Azərbaycan Dəmir yolları
  • Azərbaycan Müəllim İnkişaf Mərkəzi
  • Azsığorta
  • Bank Respublika
  • BBT
  • Brand Credit
  • British Academy
  • Denetik International Certification
  • Entesk
  • ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi
  • GOMC Azerbaijan
  • IT Brains Academy
  • Landau School
  • Leznik &Co
  • Master Academy
  • Mətanət A
  • Müasir Psixologiya Mərkəzi
  • Özgün Yapı A.Ş
  • PAŞA Həyat Sığorta
  • Pizza Mizza
  • Sabunçu Gənclər Evi
  • Silk Road School
  • Sosial İş Məktəbi
  • Synergy Partnership
  • Tatun Travel
  • Train Brain Courses
  • Tudors Baku
  • Vision Academy
  • ZZ Travel

İctimaiyyətlə əlaqələr şöbəsi
24.06.2022


 

DİGƏR XƏBƏRLƏR