XƏBƏRLƏR

Azərbaycan Universitetində Novruz Bayramına həsr olunmuş müsabiqə keçirilib

Azərbaycan Universitetində Novruz Bayramına həsr olunmuş müsabiqə keçirilib

19 mart 2019

Baxış sayı: 3768

Azərbaycan Universitetinin İKT fakültəsi Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. Müsabiqədə bütün fakültələr üzrə təhsil alan tələbələr iştirak edib.

Tədbiri giriş nitqi ilə Azərbaycan Universitetinin İKT fakültəsinin dekanı Asif Paşayev açaraq tədbirin mahiyyəti və əhəmiyyəti barədə danışıb.

Təqdimatlar müsabiqənin təşkilat komitəsi- münsiflər heyəti tərəfindən dinlənilib və qiymətləndirilib.

Elmi işlər üzrə prorektor professor Yusif Qasımov tələbələrin bu cür təşəbbüslərinin yüksək qiymətləndirildiyini bildirib.

Müsabiqənin qalibi Fəranə Mikayılova (Filologiya, III), II yerin sahibi Afət Mikayılova (Mühasibat uçotu və audit, I), III yerin sahibi isə Fərid Şirəliyev (Kompüter mühəndisliyi, I) olub. Tələbələr fəxri fərmanla təltif olunublar.

İctimaiyyətlə əlaqələr şöbəsi
19.03.2019

DİGƏR XƏBƏRLƏR