XƏBƏRLƏR

Azərbaycan Universitetində PTE Academic və PTE Professional imtahanlarının təqdimatı keçirilib

Azərbaycan Universitetində PTE Academic və PTE Professional imtahanlarının təqdimatı keçirilib

06 oktyabr 2017

Baxış sayı: 5836

Azərbaycan Universitetində Pearson Test of English Academic  (PTE Academic) və Pearson Test of English Professional (PTE Professional)  imtahanlarının təqdimatı keçirilib.

Təqdimatı dünyanın nüfuzlu “Pearson” tədris və təlim şirkətinin Azərbaycandakı tərəfdaşı “Oksbridge” Təhsil Mərkəzinin Proqram İnkişaf meneceri Rüfət Abdullayev aparıb.  

Təqdimatda Azərbaycan Universitetinin Xarici dillər kafedrasının müdiri f.ü.f.d., Samirə Məmmədova, kafedranın əməkdaşları və Yerləşdirmə testindən (Placement test) yüksək nəticə əldə etmiş tələbələr iştirak edib.

“PTE Academic”in təqdimatında tələbələr, “PTE Professional”ın təqdimatında isə müəllimlər iştirak edib.

Qeyd edək ki, Azərbaycan Universiteti PTE-nin (Pearson İngilis dili testi) imtahan alt mərkəzi kimi təsdiq olunub. "PTE Academic” IELTS və TOEFL səviyyəsində beynəlxalq test imtahanı olub tələbələr üçün məzərdə tutulur.  “PTE Professional” imtahan testi isə müəllimlər üçündür. Bu sertifikat dünyanın bir çox nöqtəsində ingilis dilini tədris edə bilmə imkanı yaradır.

İctimaiyyətlə əlaqələr şöbəsi
06.10.2017

DİGƏR XƏBƏRLƏR