XƏBƏRLƏR

Azərbaycan Universitetində qış imtahan sessiyası 3 yanvar 2019-cu il tarixindən başlayacaq

Azərbaycan Universitetində qış imtahan sessiyası 3 yanvar 2019-cu il tarixindən başlayacaq

25 dekabr 2018

Baxış sayı: 4034

Azərbaycan Universitetində 2018/2019-cu tədris ilinin qış imtahan sessiyası 3 yanvar 2019-cu il tarixindən başlayacaq. Rektorun əmri ilə sessiyanın mövcud normativ sənədlər əsasında təşkil olunması, sessiya dövründə  tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin təmin edilməsi, imtahanların təşkilinə və gedişinə nəzarət, yarana biləcək neqativ halların aradan qaldırılması məqsədilə “İmtahan qərargahı” fəaliyyət göstərəcək. Qərargaha daxil olan hər bir müraciət və şikayətlərin operativ şəkildə araşdırılması üçün tədbirlər görüləcək. Həmçinin sessiya dövründə şəffaflığın təmin edilməsi üçün imtahanlarda ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaradılacaq. İmtahanlarda iştirak etmək istəyənlər (+99412) 431 41 12 (daxili 118) nömrəli telefon vasitəsi ilə Tədris şöbəsinə müraciət etməlidirlər.

Qış imtahan sessiyası dövründə tələbələrin biliyinin yenidn qiymətləndirilməsi və imtahan zamanı baş vermiş münaqişələrin aradan qaldırılması üçün Apellyasiya Komissiyası da fəaliyyət göstərəcək. 

İctimaiyyətlə əlaqələr şöbəsi
25.12.2018


DİGƏR XƏBƏRLƏR